Vəzifə öhdəlikləri :
- Müəssisənin mallara olan tələbatının müəyyənləşdirilməsində iştirak etmək
- Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarda araşdırılması
- Satınalma hesabatlarının hazırlanması və analiz edilməsi
- Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün şirkətdaxili idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlığın təşkil edilməsi
- Etibarlı satıcı və təchizatçılar bazasının yaradılması
- Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi
- Satınalma və tender prosesi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reysterin hazırlanması
Tələb :
- Ali təhsil
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Azərbaycan dili (sərbəst), İngilis dili (yüksək səviyyədə)
- MS office (yaxşı səviyyədə)
Əlavə tələb:
- İşində məsuliyyətli olması
- Analitik düşünmə bacarığının olması
- Qərar qəbul etmə bacarığının olması
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş yeri : Bakı şəhəri, Binəqədi ray., Sulutəpə qəsəbəsi, Pepsi anbarı
- Tibbi sığorta
- Nahar
- Korporativ nömrə
- Peşəkar təlimçi tərəfindən təlimlər
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Satınalma üzrə mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.