Əsas vəzifə öhdəlikləri:
- Müəssisənin elektrik təchizatının davamlılığını təmin etmək;
- Elektrik avadanlıqlarının işinə nəzarət etmək;
- Elektriklə bağlı problemlərin aradan qaldırılmasında iştirak etmək;
- Yüksək gərginli avadanlığın quraşdırılması, texniki baxışı və ehtiyac yarandıqda təmiri;
- Hər növ elektrik işlərinin görülməsi.
Tələblər:
- Elektrik mühəndisliyi sahəsində ali təhsili; və ya sahə üzrə orta ixtisas təhsili;
- Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi;
- Elektrik sxemləri ilə işləməyi bacarmalı;
- Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər;
- Hər növ işıqlandırma sistemlərini bilməli;
- Azərbaycan dili – səlis.
Yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz və bu vəzifəyə müraciət etmək istədiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtu ünvanına göndərməyiniz xahiş olunur. Email-ın mövzu hissəsində vəzifənin adını göstərilən şəkildə qeyd edin “Elektrikçi (Lənkaran)”.