Vəzifə öhdəlikləri:
- Aylıq təşkilatın anbar qalıqlarına nəzarət edilməsi, onların sayılmasının həyata keçirilməsi və aktlaşdırılması;
- Uyğunsuzluqlar ilə bağlı təqdimatların hazırlanması və əmrə əsasən cərimələrin tətbiq edilməsi;
- Zay və ya zədələnmiş məhsulların qəbulu və utilizasiyası proseslərində iştirak edilməsi, həmin proseslərə nəzarət edilməsi;
- Vəzifə səlahiyyətləri çərçivəsində rəhbərliyin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.
Vəzifə üzrə tələblər:
- Ali (Maliyyə, Mühasibatlıq, Audit sahələri üzrə), Orta və ya Xüsusi peşə təhsili;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilini əla, xarici dil biliyinin olması arzuolunandır;
- MS Excel, MS Word və MS PowerPoint yaxşı səviyyədə bilməli.
Vəzifə üzrə tələb olunan bacarıqlar:
- Sərbəst analiz etmək və qərar vermək bacarığı;
- Səmərəli ünsiyyət qurmaq bacarığı, fərdi və komandada işləmək bacarığı.
Əlavə məlumatlar:
- İş saatı: 09:00 – 18:00;
- İş rejimi : Həftə içi 5 gün;
- Tibbi sığorta;
- Korporativ nömrə.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Anbar təftişi üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.