Şirkət Haqqında

Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.

Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.

Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keçməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.

Məqsədimiz – cəmiyyətimiz və ətraf mühitimiz üçün gələcəyə daha sağlam investisiyalar etmək,  xalqımızı yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz, təbii məhsullarla təmin etmək və Azərbaycan məhsullarını dünya bazarında tanıtmaqdır. Enerji və suya qənaət üçün innovativ metodlar tapmaq və işçilərimiz üçün mükəmməl bir iş mühiti təmin etməkdir.

Missiyamız– ətraf mühiti qorumaqla yanaşı, eyni zamanda  istehlakçılarımızın, müştərilərimizin, əməkdaşlarımızın və səhmdarlarımızın üzündə təbəssüm və həyat eşqi yaratmaqdır.

Vizyonumuz – spirtsiz içki kateqoriyasında sürətlə böyüyən lider şirkət olmaqdır.

Dəyərlərimiz – sosial və ekoloji öhdəlikləri yerinə yetirməyi hədəfləyən bir korporativ şirkəti əks etdirmək və bütün kommersiya qərarlarımızın əsasını təşkil etməkdir.

İstehsalat

İstehsal prosesi bütün ekoloji, sanitar-gigiyenik və təhlükəsizlik normalarına uyğun  olaraq “Qəbələ Konserv Zavodu”, “Lənkəran Konserv Zavodu”, “Quba Konserv Zavodu”, -larında aparılır və beynəlxaq standartlara tam cavab verir. Hal-hazırda bu zavodlarda bir çox adda məhsul istehsal edilir. Onların arasında “PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.

Qəbələ Konserv Zavodu – 13 hektar ərazidə yerləşən Padovan (İtaliya) və Tetra Pak (İsveç) kimi qabaqcıl Avropa texnoloogiyaları ilə təchiz edilən zavodun illik meyvə emalı gücü 300.000 ton təşkil edir. Müəssisənin illik meyvə şirəsi və nektarı istehsalı gücü 210.000 tona bərabərdir.

Qəbələ Limonad Zavodunun əsası 2011-ci ildə qoyulub və 2 hektar ərazidə yerləşir. Zavod İtaliyanın SİPA və Fransanın SİDEL şirkətinin avadanlıqları ilə təchiz edilib. Şüşə və plastik qablaşdırma üçün nəzərdə tutulan 2 istehsal xətti fəaliyyət göstərir.

Əsası 2010-cu ildə qoyulan Lənkəran Konserv Zavodu Azərbaycanın cənubunda 2 hektarlıq ərazidə yerləşir. Zavod Pardovan (İtaliya) şirkətinin öncül texnologiyaları ilə təchiz edilib və saatda 5000 lt istehsal gücünə malik 2 xətti var.

Məhsullarımız daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir. Bunlar: MDB, Avropa, ABŞ, Asiya, Avstraliya və Yeni Zelandiya.