Lənkəran Çay və Şah Çay, çay istehsalı, emalı və satışı üzrə ixtisaslaşmış öz çay fabrikimizdə istehsal olunur.
Bu çay markaları füsunkar dadı və ətri ilə doğmalığı yenidən süfrələrimizə gətirdi. Şirkətimiz sizləri Lənkəran rayonunda yerləşən çay plantasiyalarımızdan yığılaraq müasir çay emalı fabrikimizdə istehsal olunmuş təbii çay ilə təmin etməkdən qürur duymaqdadır. Lənkəran rayonunun Sütəmurdov kəndi yaxınlığında 1 hektar sahədə yerləşən və yeni tikilmiş çay fabrikimiz gün ərzində ümumilikdə üç ton istehsal həcminə malikdir. Müvafiq məqsəd üzrə inşa edilmiş müəssisə Çin, Yunanıstan, Tayvan və Türkiyədən gətirilən çay emalı və istehsalı üzrə avadanlıqlarla təchiz edilmişdir.

Play Video

MƏHSULLAR