Vəzifə öhdəlikləri:
- Anbarlarda ehtiyatların dövriyyəsi barədə məlumatların gündəlik izlənməsi və təhlil edilməsi;
- Anbar qalıqları və satışlar üzrə dövrü hesabatların hazırlanması;
- Hesabatlar əsasında anbarlararası transferlərin təşkil edilməsi;
- İstehsalat, Logistika və Satış komandaları ilə işlərin mütəmadi koordinasiya edilməsi;
- Vəzifə öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- 1 il iş təcrübəsi (Tədarük zəncirinin planlanması və ya Logistika sahəsində olması arzuolunandır);
- Azərbaycan dilini əla səviyyədə bilməli, rus və ingilis dili biliyi arzuolunandır;
- MS Word və MS Excel (xüsusilə Pivot) bilikləri əla səviyyədə, MS Power BI bilikləri arzuolunandır.
Vəzifə üzrə tələb olunan bacarıqlar:
- Yüksək kommunikasiya bacarığı, səlis və aydın nitq qabiliyyəti;
- Analitik düşüncə, koordinasiya və komandada işləmək bacarığı;
- Stres altında işləyə bilmə bacarığı.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Tədarük zəncirinin planlanması üzrə mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.