Namizədin vəzifə öhdəlikləri:
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar etməlidir.
- Yeni işə qəbul olunanlarla,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək.
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
- Işçilərə təhlükəszilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək
- Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq.
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək.
- Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmə.
- Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
- Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq
- Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək.
- Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilmək
Namizədə dair tələblər:
- Ali təhsil
- İOSH Managing safety və FHN şəhadətnaməsi
- Sahə üzrə 1-3 il iş təcrübəsi
- Azərbaycan dili sərbəst, Rus və İngilis dili üstünlükdür
- MS Office yaxşı səviyyədə
Əlavə bacarıqlar:
- Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlama və təqdimetmə bacarıqlı; Səlis nitq
- Məqsədlərə çatmaq üçün səy göstərərkən riski müəyyən etmək, qiymətləndirmək və idarə etmək.
- Pozitiv yanaşma və komanda ilə işləmək bacarığı
- İntizamlı, sərbəst və detallı müşahidə
- İdarəetmə bacarıqı, vaxtın düzgün idarə edilməsi qabiliyyəti
İş rejimi:
- İş yeri – Bakı şəhəri, Binəqədi rayonu
- İş günləri – həftənin 5 günü
- İş qrafiki – 08:00 – 17:00
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz