Vəzifə öhdəlikləri :
- Bütün vəzifələr üzrə işə qəbul prosesini A-Z-ə qədər həyata keçirmək
- İş analizini aparmaq(tələb formada olan məlumatlar:vəzifə öhdəlikləri, büdcə və tələblər)
- Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək
- Namizədlər ilə müsahibə mərhələlərinin təşkil edilməsi
- Seçilmiş namizədlərin təhlükəsizlik tərəfindən yoxlanmasını təmin etmək
- Təsdiqlənmiş namizədlərə iş təkliflərini təqdim olunması
- Müsahibələrin nəticələri haqqında namizədlərə məlumatın verilməsi
- Potensial namizəd hovuzunu yaratmaq və daima yeniləmək
- Müxtəlif sosial media platformalarından istifadə edərək potensial namizədləri cəlb etmək
- İşə qəbul prosesinə riayyət etmək və işə qəbulun sürətini və keyfiyyətini təmin etmək
Tələb :
- Ali təhsil
- Sahə üzrə 3 il təcrübə
- MS office bilikləri
- Xarici dil biliyinin olması üstünlükdür (Rus və İngilis)
Əlavə tələb :
- Stressə davamlılıq və yaranan konfliktlərin qaydaya uyğun həlli bacarığı.
- İşi planlaşdırma və təşkil etmə bacarığı.
- Yüksək kommunikasiya bacarığı, səlis və aydın nitq qabiliyyəti
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İşə qəbul üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.