Vəzifə öhdəlikləri:
- Biznes proseslərin mövcud və arzu olunan vəziyyətini sənədləşdirmək üçün proses xəritələri (axış diaqramları), məsuliyyət bölgüsü (RACI) matrisləri və digər zəruri sənədlərin hazırlanmasının təşkil edilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin – siyasət, qayda və təlimatların müvafiq struktur bölmələrin iştirakı ilə hazırlanması və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasının təşkil edilməsi;
- Biznes proseslərin monitorinqinin keçirilməsi və bu zaman qüsurların müəyyən edilərək aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Biznes proseslərin davamlı olaraq təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq biznes proseslərin təhlil edilməsi;
- Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasının təmin edilməsi və müvafiq sənədlərlə bağlı reyestrdə qeydiyyat aparılması;
- Mütəmadi yoxlamalar aparmaqla biznes proseslərin təsdiq edilmiş qaydalara uyğun formada icra olunmasına nəzarət edilməsi.
Vəzifə üzrə ümumi tələblər:
- Ali təhsil (Maliyyə, İdarəetmə və ya İqtisadiyyat sahəsi üzrə);
- Azərbaycan dili əla, ingilis dilini yaxşı səviyyədə bilməli, rus dilini bilmək üstünlükdür;
- Maliyyə, İdarəetmə və ya İqtisadiyyat sahəsi üzrə 3 il iş təcrübəsi;
- MS Visio, MS Word və MS PowerPoint əla səviyyədə, MS Excel yaxşı səviyyədə bilməli;
- Maliyyə, İdarəetmə sahəsi üzrə sertifikatının olması arzuolunandır.
Vəzifə üzrə tələb olunan biliklər:
- Risklərin idarə edilməsi üzrə nəzəri biliklər;
- Biznes prosesləri üzrə nəzəri və praktiki biliklər;
- Daxili normativ sənədlərin tərtibi üzrə yüksək praktiki və nəzəri biliklər.
Vəzifə üzrə tələb olunan bacarıqlar:
- Analitik düşüncə;
- Araşdırma;
- Yüksək kommunikasiya və təqdimat bacarığı.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Biznes proseslərin idarəedilməsi üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.