Vəzifə öhdəlikləri:
- Verilənlərin təhlili və ölçülmə üsullarından istifadə edərək avtomatlaşdırılmış və vizuallaşdırılmış hesabatların yaradılması;
- Periodik (aylıq, illik, rüblük) əsasda satışın planlanması və böllgüsündə aktiv iştirak edilməsi;
- Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması;
- Periodik əməliyyatların təhlil edilməsi, müəyyən edilmiş uyğunsuzluqlar/boşluqlar/risklər haqqında birbaşa rəhbərliyə dolğun məlumatların təqdim edilməsi (monthly insight).
Vəzifə üzrə tələblər:
- Ali təhsil (Riyaziyyat, Kompüter elmləri, Statistika və ya İqtisadiyyat sahəsi üzrə);
- Sahə üzrə minimum 3 il iş təcrübəsi (FMCG/Distribusiya sahəsində olması arzuolunandır);
- Azərbaycan dilini əla, ingilis dilini yaxşı səviyyədə bilməli, rus dili biliyi arzuolunandır;
- MS Excel və MS Word yaxşı, MS PowerPoint əla səviyyədə bilməli;
- MS Excel və MS Power BI bilikləri yaxşı səviyyədə, Python və SQL bilikləri arzuolunandır.
Vəzifə üzrə tələb olunan bacarıqlar:
- Yüksək kommunikasiya bacarığı, səlis və aydın nitq və təqdimat qabiliyyəti;
- Səmərəli ünsiyyət qurmaq bacarığı, fərdi və komandada işləmək bacarığı.
Əlavə məlumatlar:
- İş saatı: 08:00 – 17:00;
- İş rejimi : Həftə içi 5 gün;
- Tibbi sığorta;
- Korporativ nömrə.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Aparıcı analitik” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.