Vergi üzrə baş mütəxəssis
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını qeyd etməklə [email protected] ünvanına göndərə yaxud buradan müraciət edə bilərsiniz.
Şirkət:
Mars Overseas Baku
İş yeri:
Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Azərbaycan qanunvericiliyinə uyğun olaraq vergi uçotunun aparılması;
- Vergi və statistika hesabatlarının hazırlanması, təqdim edilməsi (ƏDV, mənfəət vergisi, əmlak vergisi, mənbədə vergi, gəlir vergisi və s.);
- Vergi orqanları ilə əməkdaşlıq, yoxlamalarda iştirak və tələb olunan sənədlərin təqdim edilməsi;
- Vergi qanunlarında baş verə dəyişiklikləri izləmək və şirkətə uyğunlaşdırmaq;
- Şirkətin vergi yükünü optimallaşdırmaq üçün vergi planlaşdırılması və strateji yanaşmalar hazırlamaq;
- Vergi risklərini minimuma endirmək üçün tədbirlər görmək və vergi stategiyalarını inkişaf etdirmək;
- Vergi sistemindəki inkişafları izləyərək, yeni siyasət və prosedurların tətbiqini təmin etmək.
Tələblərimiz:
- Maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil ( PMS, ACCA F3,F7 və ya digər beynəlxalq sertifikatlara üstünlük verilir);
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı; İngilis dili biliyi üstünlükdür;
- ERP proqramları, xüsusən Micro ERP ilə işləmə təcrübəsi və MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə bacarıq;
- Güclü kommunikasiya, analitik düşünmə və təhlil etmə bacarıqları;
- Hesabatların hazırlanması, vizuallaşdırılması və təqdimat bacarığı;
- Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Ə/h namizədin təcrübə və biliklərinə əsasən müəyyən ediləcək;
- İş yeri : Bakı, Yasamal rayonu, H.Cavid pr.91.
Necə müraciət etməli:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Vergi üzrə baş mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.