Baş mütəxəssis (Mühasibatlıq şöbəsi)

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını qeyd etməklə [email protected] ünvanına göndərə yaxud buradan müraciət edə bilərsiniz.

Şirkət:

Mars Overseas Baku

İş yeri:

Bakı şəhəri:

Vəzifə öhdəlikləri:

  • Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartlarına uyğun uçotunun təmin edilməsi;
  • Aylıq və illik istehsalat nəticələrinin analizinin həyata keçirilməsi, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
  • Satış əməliyyatlarına nəzarət, aylıq əməliyyatların yoxlanılması, satışa uyğun uçot üzrə hesabatların hazırlanması və onların analiz edilməsi;
  • Aylıq əməliyyatların yoxlanılması və ay bağlanışına hazır vəziyyətə gətirilməsi;
  • Daxili və xarici Audit sorğularının cavablandırılması, edilmiş bütün sorğuların qeydiyyatının və cavablandırılmasının təmin edilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil (Maliyyə/mühasibatlıq üzrə);
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, İngilis dili və Rus dili arzuolunandır;
  • MS Office proqramlarında (xüsusilə Excel) və ERP sistemlərində (xüsusilə Mikro və 1C) yüksək səviyyədə işləmək bacarığı.

Şərtlər:

  • İş vaxtı: Həftənin 6 günü (bazar günü istirahət);
  • İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi.

Əlavə məlumatlar:

  • Minimum ACCA F3, F7 olması üstünlükdür;
  • Məsuliyyətli olmaq;
  • Diqqətli olmaq;
  • Komandada işləmə bacarığı;
  • Analitik yönümlü olmaq.

Necə müraciət etməli:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Baş mütəxəssis - Mühasibatlıq” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

Müraciət edin