Vəzifə öhdəlikləri:
- Yerləşdirmə (onboarding), işçilərin təlim və inkişafı proseslərinin inkişaf etdirilməsi;
- Fərdi və şirkət üzrə inkişaf ehtiyaclarının qiymətləndirmək (training needs assessment), ona uyğun öyrənmə strategiyalarını və proqramlarını yaratmaq və idarə etmək;
- İnkişaf planlarının uğurunu qiymətləndirilmək və işçilərə öyrənmə imkanlarından maksimum istifadə etmək;
- İşçilərin təlim və inkişafı prosesində: tələb olunan prezentasiyaları yaratmaq və təqdim etmək, təlimlə bağlı inzibati işlərə nəzarət etmək;
- Şirkətin təlim büdcəsinə nəzarət etmək;
- Əmək funksiyaları üzrə rəhbərliyin tapşırıqlarını və tələblərini vaxtında və müvafiq qaydada yerinə yetirmək;
- Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Sahə üzrə minimum 3-4 il iş təcrübəsi;
- Azərbaycan dilini əla, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
- MS Excel və MS Word yaxşı, MS PowerPoint əla səviyyədə bilməli;
- İnsan resurslarının idarə edilməsi və ya təlim və inkişaf sahəsi üzrə sertifikatlar arzuolunandır.
Vəzifə üzrə tələb olunan bacarıqlar:
- İdarəetmə qabiliyyəti və qərar qəbuletmə bacarığı;
- Yüksək kommunikasiya bacarığı, səlis və aydın nitq və təqdimat qabiliyyəti;
- Səmərəli ünsiyyət qurmaq bacarığı, fərdi və komandada işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti və kreativlik;
- Korporativ idarəetmə və daxili nəzarət haqqında ümumi biliklər;
Əlavə məlumatlar:
- İş saatı: 09:00 – 18:00;
- İş rejimi : Həftə içi 5 gün;
- Tibbi sığorta;
- Korporativ nömrə.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Təlim və inkişaf üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.